Ermənistanda pandemiyadan 29 nəfər öldü

  • 2020.11.13 10:58
  • 2828 Baxış
Ermənistanda pandemiyadan 29 nəfər öldü

Ermənistanda daha 1 703 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 114 383-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 29 nəfər artaraq 1 697-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 440-a yüksəlib. İndiyədək 72 116 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 40 130 aktiv koronavirus xəstəsi var.