Ermənistanda pandemiyadan daha 25 nəfər öldü

  • 2020.11.16 11:04
  • 949 Baxış
 Ermənistanda pandemiyadan daha 25 nəfər öldü

Ermənistanda daha 549 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 117 886-ya yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 25 nəfər artaraq 1 788-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 454-ə yüksəlib. İndiyədək 75 865 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 39 779 aktiv koronavirus xəstəsi var.