Ermənistanda pandemiyadan ölənlərin sayı artır - 26 nəfər

  • 2020.10.27 11:03
  • 1059 Baxış
 Ermənistanda pandemiyadan ölənlərin sayı artır -   26 nəfər

Ermənistanda daha 1 600 nəfərdə koronavirus aşkarlanıb.

Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 80 410-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı rekord sayda - 26 nəfər artaraq 1 222-yə çatıb. İndiyədək 51 814 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 26 452 aktiv koronavirus xəstəsi var.