Ermənistanda pandemiyadan ölənlərin sayı 2 616-ya çatdı

  • 2020.12.19 11:32
  • 1261 Baxış
Ermənistanda pandemiyadan ölənlərin sayı 2 616-ya çatdı

Ermənistanda daha 920 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 153 173 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 20 nəfər artaraq 2 616-ya çatıb. İndiyədək 131 931pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 17 976 aktiv koronavirus xəstəsi var.