Ermənistanda son sutkada 1 328 yoluxma aşkarlandı

  • 2020.11.03 11:08
  • 2044 Baxış
Ermənistanda son sutkada 1 328 yoluxma aşkarlandı

Ermənistanda son sutkada 1 328 yeni yoluxma faktı qeydə alınıb.

Medicina.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistanda yoluxanların sayı 93 448-ə yüksəlib. Son sutkada 22 nəfər koronavirusun qurbanı olub. Bununla da ölənlərin sayı 1 391-ə çatıb.

Ölkə üzrə 57 599 pasiyent sağalıb, 35 381 nəfər müalicə olunur.