Ermənistanda son sutkada 100 nəfər yoluxub

  • 2021.06.23 11:36
  • 1022 Baxış
Ermənistanda son sutkada 100 nəfər yoluxub
Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 100 yoluxma halı qeydə alınıb.

Medicina.az -ın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 224 430-ə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 1 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4503-ə çatıb.