Ermənistanda daha 134 nəfərdə koronavirus aşkarlanıb.
Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 44 783-ə yüksəlib.
Qeyd olunub ki, indiyədək 40 089 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 3 522 aktiv koronavirus xəstəsi var. Ümümilikdə keçirilən testlərin sayı 218 139-a bərabərdir.