Ermənistanda yoluxanların sayı artdı: 6 ölü

  • 2021.03.04 10:53
  • 1350 Baxış
Ermənistanda yoluxanların sayı artdı: 6 ölü

Ermənistanda son sutkada daha 491 nəfər COVID-19-a yoluxub.

Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 173 307-ya çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 3 208-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 820 nəfərdir. İndiyədək 164 085 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 5 194 aktiv koronavirus xəstəsi var.