Ermənistanda yoluxma sayı artır

  • 2021.02.25 11:05
  • 1092 Baxış
Ermənistanda yoluxma sayı artır

Ermənistanda son sutkada daha 282 nəfər COVID-19-a yoluxub.

Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 171 227-yə çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 179-a yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 809 nəfərdir. İndiyədək 162 984 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 255 aktiv koronavirus xəstəsi var.