Eroziyanı yandıraq, yoxsa toxunmayaq? – Professor açıqladı

  • 2024.03.19 21:30
  • 1369 Baxış
 Eroziyanı yandıraq, yoxsa toxunmayaq?  – Professor açıqladı

Həkimlərin müalicəsində yekdil fikrə gəlmədiyi və tez-tez səhv etdiyi məqamlardan biri də uşaqlıq boynu eroziyalarıdır.


“Medicina” xəbər verir ki, ginekoloq, professor Kamil Bəxtiyarov əslində, 2 diaqnozun fərqləndirilməsindən danışıb.

“Sovet dövründən ginekoloqlar uşaqlıq boynunun bir neçə xəstəliyinə yalnız Eroziya diaqnozu qoyurdular. Çox ginekoloqlar bilmir ki, həqiqi, əsl eroziya nadir halda olur, amma uşaqlıq boynunun ektopiyası kifayət qədər çox yaranır.


Zahirən ektopiya eroziya ilə çox oxşardır. Həkimlər eroziyaya bənzər vəziyyət görən kimi dərhal qadını müalicəyə başlayırlar.

Ektopiya doğuşu olmayan gənc qadınlarda olur. Bu anadangəlmə fizioloji haldır, patologiya deyil. Onu müalicə etəmədikdə də özü keçib gedir, sadəcə onu müşahidə etmək lazımdır.


Real diaqnozu bilmək üçün kolposkopiya və sitoloji müayinə lazımdır.

Əgər ektopoyadırsa və o böyümürsə və ya itirsə, müalicə lazım deyil.

Əgər böyüyərsə və patologiya müşahidə olunarsa, biopsiya olunur, daha sonra cərrahi əməliyyat icra edilir. Radiodalğa və ya lazer metodu tövsiyə olunur.


Əsl gerçək eroziyanı isə mümkün qədər tez müalicə etmək lazımdır. Eroziya travmatik, iltihabi, yanıq və xərçəng səbəbindən ola bilər.

Amma yalnız kolposkoiyadan sonra həkim dəqiq qərar verməlidir.
Qadınlar uşaqlıq boynu iltihabını vaxtında aşkar edib müalicə etməlidir. İldə bir dəfə kolposkopiya mütləqdir”.


Aygün