Eşitmə qabiliyyətini tam itirənlər üçün xüsusi– Biyonik qulaq implantı

  • 2020.01.17 18:10
  • 19712 Baxış
Eşitmə qabiliyyətini tam itirənlər üçün xüsusi–  Biyonik qulaq implantı


Bir çox ağır eşitmə problemlərində normal eşitmə cihazları yetərli olmur. Daxili qulaqdakı tüklü hüceyrələrin kəskin zədələnməsində, səsin artırılmasından asılı olmayaraq eşitmə mümkün deyil. Ağır və kəskin eşitmə pozğunluqları olanlar üçün normal eşitmə cihazlarının alınıb quraşdırılması effektiv deyil.

Bu hallar üçün son müasir yöntəm koxlear implant – Biyonik qulaq kiçik elektron cihaz quraşdırılması ən optimal variantdır.

Medicina.az xəbər verir ki, koxlear cihazı Türkiyənin qabaqcıl klinikka və xəstəxanalarında, həmçinin GAZİOSMANPAŞA xəstəxanasında uğurla qoyulur. Boyonik qulağın iplantı əməliyyatının Azərbaycan vətəndaşları üçün təşkilini isə FAMAX Azərbaycan medikal turizm şirkəti həyata keçirir.

Koxlear implant nədir və necə qoyulur?

İmplant 2 əsas daxili və xarici hissədən ibarətdir. Xarici hissə qəbuledici – mikrofon və emalçı- prosessordan ibarətdir. Xarici hissə digər normal eşitmə cihazı kimi qulağın üstünə, saçlı dəriyə taxılıb –çıxarıla bilir.

Əsas hissə daxili hissədir, hansı ki, kiçik cərrahi əməliyyatla daxili qulağa və dərinin altına yerləşdirilir. Bu 2 hissəcikdən – stimulyator və elektroddan ibarətdir.

Koxlear implantı hansı xəstələr, kimlər üçün uyğundur və edilə bilər:

- Digər eşitmə cihazından yararlana bilməyəcək qədər daxili qulaq zədələnməsinə malik, lakin eşitmə sinirləri sağlam olan bütün şəxslər
- Yaş həddi: 1 yaşındna yuxarı hər kəs

- Uşaqlarda: hər iki qulaqda eşitmə qabiliyyətinin kəskin pozulması olanlar
- Eşitmə dərəcəsinin 70 dB-dən çox olması və danışığı anlamağın 30%-dən pis olması

- Tibbi əks göstərişin olmaması: kəskin ürək, ağciyər çatışmazlığı, psixoz, əqli gerilik
- Kifayət qədər motivasiya və gözləntinin olması

- Əməliyyatdan sonrakı təlim proseslərini keçmək imkanının olması

Əgər övladlarınızda, özünüzdə, ətrafınızda normal eşitmə cihazı ilə ətrafdan gələn səsləri eşidə bilməyən eşitmə qabiliyyəti məhdudluğu varsa, koxlear implantı əməliyyatı keçirə bilərsiniz.

Bunun üçün bütün sənədləşmə, gediş-gəliş, ən effektiv klinika və həkimin təyin olunması üçün Famax Azərbaycana müraciət edə bilərsiniz.

FAMAX Medical Turizm:

Tel: 012 493 22 02
050 444 30 20