Ev sahibi 3 saat yemək bişirdi - qonaqlar gəlmədi

  • 2026.07.08 23:00
  • 122 Baxış
Ev sahibi 3 saat yemək bişirdi    -  qonaqlar gəlmədi


Amerikada bir kişi evində "Zindanlar və Əjdahalar" masaüstü rol oyununa ev sahibliyi etməyə hazırlaşırdı və dostlarını qonaq çağırmışdı. O, qonaqlar üçün yemək hazırlamaq üçün mətbəxdə 3 saat vaxt keçirdi, amma heç bir dostu gəlmədi.


Medicina.az xəbər verir ki, yeməkləri hazırlayıb bitirəndən sonra telefonu əlinə götürən kişi orda oyunun son anda ləğv edildiyi mesajını oxuyur.

Başına gələnləri və qonaqlar üçün hazırladığı süfrəni sosial şəbəkədə paylaşan kişiyə müxtəlif reaksiyalar gəldi.

Bəziləri sadəcə güldülər. Digər evdar qadınlar qəhrəmana yeməyin xarab olmaması üçün dondurmağı məsləhət gördülər. Digərləri isə görüşməyi planlaşdırdıqları evin sahibinə bu qədər hörmətsizlik göstərdikləri üçün dostlarına qəzəbləndilər.


Aygün Musayeva