Evdar qadınların koronavirusa yoluxma səbəbi - Ağlınıza gəlməyəcək

  • 2020.10.12 16:24
  • 3059 Baxış
Evdar qadınların koronavirusa yoluxma səbəbi  - Ağlınıza gəlməyəcək

Paltaryuyan maşın koronavirusa necə yoluxdurur?

Britaniyalı alimlər qadınların daha çox koronavirusa yoluxma səbəblərindən biri kimi onların camaşır yumalarını göstərib.


Medicina.az xəbər verir ki, ailə üzvlərinin geyimlərini yığan, yuyan, çırpan, dolablara qoyan zaman geyimlərin üzərində ola biləcək virus zərrəcikləri tənəffüs yolları ilə qadınlara keçə bilir.
Belə ki, infeksiya zərrəcikləri geyimdə 3 sutka canlı qala bilir.

Ona görə qadınların daha çox ev işi görməsi kişilərdən çox riskə atır.

Evdə azyaşlı və məktəbli uşaqları olan analar da risk altındadır.

Alimlər məsləhət görür ki, imkan olduqca üst geyimləri balkonda və ya çöldə asılsın. Yaşlı insanların geyimləri uşaqların geyimlərindən ayrı yuyulub sərilsin və qadınlar pal—paltarla iş görən zaman maska taxsın. O zaman risk xeyli azalar.