Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Evdə beyin testi – Demensiya olub – olmayacağını yoxla

  • 2024.01.10 17:58
  • 1132 Baxış
Evdə beyin testi  – Demensiya olub – olmayacağını yoxla
Hazırda dünyada demensiya getdikcə gəncləşir. Koqnitiv dəyişiklikləri vaxtında aşkarlamaq vacibdir. Bu metod 100% demensiya təsdiqi demək deyil, amma bəzi dəyişikliklərin başladığını göstərə bilər.


“Medicina” xəbər verir ki, psixoloq, terapevt Aleksey Melexin insanın özünü müayinə edə biləcəyi praktiki metodu bölüşüb.


Saat metodu

Bunu doğmalarınızla da yoxlaya bilərsiz
Alın-gicgah tip demensiyanı qiymətləndirmək üçün uyğundur.

Bir vərəq və karandaş götürülür və kağızda saat sferblatı – yəni sadəcə dairə və əqrəbləri çəkmək tapşırılır.

Demensiya vaxt və saat baxımından xəstədə çox narahatlıq yaradır.

Artıq demensiya problemi olan insan saatşı çəkməkdə, rəqəm və əqrəbləri düzgün sıralamaqda çətinlik çəkəcək.

Bu testi müxtəlif vaxtlarda edib, indi saat neçədir, onu çəkmək tələbi qoyulur. Əgər pozulma varsa, psixoloji müayinəyə aparılır.

2-ci test – 10 söz

10 ədəd sözü seçib oxuyur və yadda saxlayırsız və təkrarlayırsız. 2-3 dəqiqə başqa işlərlə məşğul olur, sonra yenidən həmin sözləri təkrarlayırsız.

1 saatdan sonra yenə 10 sözü xatırlayıb deyirsiz. Əgər çox çətinlik çəksəz, yoxlanmaq lazımdır. Müşahidə edin, sözləri başqa sözlərlə əvəz edirsizmi, hansıları heç xatırlamırsız?”.

Aygün Musayeva