Evdə bişmiş şirniyyatlar adamı tez qocaldır - Həkim

  • 15 İyl 2022 14:05
  • 2102 Baxış
Evdə bişmiş şirniyyatlar adamı tez qocaldır  - Həkim

İnsanı qocaldan qidalardan biri də evdə hazırlanan və faydalı olduğunu düşündüyümüz un məmulatları, şirniyyatlar, bişmələrdir.


Bakupost.az xəbər verir ki, insan orqanizmi pik inkişaf həddinə 28 yaşda çatır, 30 yaşdan artıq qocalma prosesləri tədricən başlayır.

Terapevt Yelena Tixomorova bildirib ki, kollagen sintezinin azalması ilə dəri və praktiki olaraq bütün orqanların ketfiyyəti düşür.

"Zamanla qocalmanı bir qədər ləngitmək üçün bir sıra qidalardan uzaq durmaq lazımdır.

Bəzən insanlar elə düşünür ki, marketdən hazır şirniyyat, un məmulatı almayıb, evdə bişirsəm, o daha az zərərlidir.

Amma istər ev, istər alınma, şəkər və un sadə karbohidratlardır. Onlar qocalmanı artırır. Buna səbəb orqanizmdə "şəkər yüksəlmələrinin" olmasıdır.

Qanda şəkər qəfil qalxanda, birləşdirici toxumanın dağılması sürətlənir. Ona görə müntəzəm olaraq mürəbbə, konfet, şirniyyat, şirin yoqurt, hətta şirin içkilər qəbul edən insan qocalma prosesini daha da sürətləndirmiş olur. Eləcə də qocalmanın tepmini artıran bədənin daim ödemli, şişkin halda olmasıdır, buna da duz və duzlu qidalar, çox duz qatılmış yeməklər səbəb olur".



Aygün Musayeva
BakuPost