Evdə it-pişik uşaqda astma yaradır?

  • 2023.02.28 15:29
  • 1452 Baxış
Evdə it-pişik uşaqda astma yaradır?

Doğulandan sonrakı ilk 3 ayında heyvan xəzi, dərisi üzərində yatan körpələrin sonrakı həyatlarında astma xəstəliyinə tutulma riski azalır.

Əgər uşaq heyvanların dərisində və ya xəzindəki mikrob mühitinə məruz qalarsa, yunun komponentlərinə, astma və allergiyaya qarşı müəyyən dərəcədə immunitet qazanmış olur.

“Medicina” xəbər verir ki, bronxial astma uşaqlar arasında geniş yayılmış tənəffüs xəstəliyidir. Bu xəstəlik xırıltı, nəfəs darlığı və öskürək əlamətləri ilə seçilir. Belə xəstəliyi uşaqlar nəyinki yetkinlik dövründə və hətta qocaldıqdan sonra da müşayət edə bilər.

ABŞ – da 2010 –cu ilin hesablamalarına görə 9,3 % uşaqlar , 8 % isə böyüklər bu xəstəlikdən əziyyət çəkir. Ümumilikdə ildən – ilə dünyada bu xəstələrin sayı artır.

Araşdırmalar göstərib ki, heyvan dərisi və xəz müxtəlif növ mikroblar üçün əla vasitədir. Bu da uşaqların astma və allergiyadan uzaq olmasına şərait yaradır. Hətta yeni doğulmuş körpənin ətrafındakı mikrob mühitin allergen müqavimətin inkşafında mühüm rol oynayır.

Günay