Evdə uşaq yatarkən söyüş söyülməsi təhlükəlidir

  • 2023.05.16 14:16
  • 1308 Baxış
Evdə uşaq yatarkən söyüş söyülməsi  təhlükəlidir

Körpə yatarkən evdə söyüş söymək onun psixikası üçün təhlükəlidir


“Medicina” xəbər verir ki, bunu 6 aydan 1 yaşa qədər 20 uşaq üzərində təcrübə aparan Oriqon Universitetinin tədqiqatçıları açıqlayıb.

Tədqiqat zamanı insan yuxuladıqdan sonra alimlər səs yazılarını işə salıb Dialoqlar bir neçə intonasiyada davam edirdi: natiqlər bir-birləri ilə sakit və mehriban danışırdılar, daha sonra mübahisə və qışqırığa keçiblər. Paralel olaraq, tədqiqatçılar MRT müayinəsindən istifadə edərək körpənin beyin fəaliyyətini öyrəndilər.

Sorğu nəticəsində əldə edilən məlumatlar göstərdi ki, uşaqlar hətta yuxuda da böyüklərin intonasiyasını mükəmməl şəkildə tanıyıb beyinə həkk edirlər.

Uşaqlar münaqişə zamanı iştirak etməməlidirlər, çünki onların beyinləri çox plastikdir və yuxuda belə məlumatları qəbul edir.

Əks təqdirdə, şiddətli stress uşaqda psixoloji problemlər yarada bilər, gələcəkdə onun emosiyalarını nümayiş etdirməsi çətin olacaq.


Pensilvaniya Universitetinin alimləri müəyyən ediblər ki, valideynlər arasında münaqişələr gənc nəslin yuxusunun pozulmasına gətirib çıxarır.

Alimlər 9 aylıqdan 1,5 yaşa qədər övladlığa götürülən uşaqların tərbiyə olunduğu ailələrdəki ab-havanı müşahidə edərək, körpələrdə narahat yuxu ilə valideynləri arasında qalmaqalların müntəzəmliyi arasında birbaşa əlaqə olduğunu aşkar ediblər.

Günay Quluzadə