Güclü istilər zamanı kondisioneri olmayanlar otağı sərinlətmək üçün müxtəlif üsullara əl atırlar.
Medicina.az xəbər verir ki, onlardan ən məşhuru isə ventilyatorun qarşısına buz dolu qab qoymaqdır.
Mütəxəssislər bildirirlər ki, bu üsul otağın temperaturunu kəskin aşağı salmasa da, müəyyən ərazidə sərinlik hissi yarada bilər. Buz əridikcə ətrafdakı istiliyi özünə çəkir və ventilyator həmin daha sərin havanı yayır.
Bu üsul xüsusilə kiçik otaqlarda, yataq və ya iş masası yaxınlığında daha effektlidir. Bunun üçün buz dolu qabı ventilyatorun qarşısında, təxminən 30 sm məsafədə yerləşdirmək məsləhətdir.
Lakin suyun elektrik naqillərinə yaxınlaşmasına yol vermək olmaz. Həmçinin böyük otaqları tam soyutmaq üçün bu üsul kondisioneri əvəz etmir.
Xanım,
Medicina.az