Evində zəhərlənən 38 yaşlı kişi öldü

  • 2026.01.08 16:12
  • 191 Baxış
Evində zəhərlənən 38 yaşlı kişi öldü


Bakıda 38 yaşlı kişi xəstəxanada ölüb.

Medicina.az xəbər verir ki, Buzovna qəsəbə sakini, 1988-ci il təvəllüdlü Rəşad İsmayılov yanvarın 7-də yaşadığı evdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək olmayıb.

\Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Kliniki Tibbi Mərkəzinin birgə məlumatında bildirilib.

Belə ki, dünən saat 15:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xəzər Tibb Mərkəzinin qəbul şöbəsindən təcili çağırış daxil olub:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunan pasiyentin göstərilən intensiv tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 07.01.2026-cı il tarixində saat 17:20 radələrində bioloji ölüm faktı qeydə alınıb".

Faktla bağlı araşdırma aparılır.