“Evlənən həmin gənclər bacı-qardaş çıxa bilər” - Azərbaycan genofondu üçün təhlükə

  • 2017.08.04 11:41
  • 15802 Baxış
“Evlənən həmin gənclər bacı-qardaş çıxa bilər” -  Azərbaycan genofondu üçün təhlükə

"Azərbaycan kiçik ölkə olduğuna görə
həmin donorların uşaqları sabah bir-birilərinə bacı-qardaş da çıxa bilər”.



 


Bunu modern.az-a müsahibəsində Qafqaz Müsəlmanları
İdarəsinin sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər
Cavadlı süni mayalanma üçün tibbi bankın yaradılmasına münasibət bildirərkən
deyib.


 

8.9.2016-9

 


Q. Cavadlı bildirir ki, bu, Azərbaycan
genofondu üçün həqiqətən fəlakət ola bilər:
"Bu
çox böyük mövzudur, hətta bu haqda kitab hazırlayıram. Süni mayalanma haqqında
fikirlər mübahisəli olduğu qədər müsəlman alimlərin də bu barədə mübahisəli
düşüncələri, konkret müddəaları var.



 


Əl-Əzhər Universitetinin Fiqh Akademiyasının bununla
bağlı konkret qərarları var. O qərarlara əsasən, "Müsəlman dünyasında
tibbi baxımdan süni mayalanma necə olmalıdır” müddəaları işlənib hazırlanıb.
Onlar ümumən göstərirlər ki, hər bir ailənin övlad istəyi arzuolunandır və
bunun üçün süni mayalanmaya müraciət etmələri normaldır. Burada bir məqam var.
Üzr istəyirəm, amma mənə elə gəlir ki, bu tibbi ifadələr olduğu üçün heç bir
problem olmaz. Orada qeyd edilib ki, mayalanma üçün alınan sperma ərdən
olmalıdır. Çünki başqasının sperması zina elementi daşıyır. Yəni islam görüşləri
baxımından mümkün qədər çalışmaq lazımdır ki, süni mayalanma ərin sperması ilə
baş versin. Digər tərəfdən bir sıra ölkələr süni mayalanma üçün xüsusi tibbi
bank yaradırlar və müxtəlif insanlar da burda donor kimi iştirak edirlər.



 


Belə bir bankın Azərbaycanda yaradılmasına şübhə ilə
yanaşıram. O şübhəm bu gün yox, sabah üçündür. Sabahkı genetik partlayış
üçündür. Yəni bu, milli genefonda vurulan ən böyük zərbə ola bilər. Azərbaycan
kiçik ölkə olduğuna görə həmin donorların uşaqları sabah bir-birilərinə
bacı-qardaş da çıxa bilər. Bu zaman kimin kiminlə evlənməsi bəlli olmayacaq.
Bilirsiniz, o qədər qorxunc suallar yaranır ki.. Bu, Azərbaycan genofondu üçün
həqiqətən fəlakət ola bilər. Kim kimin donoru oldu, kimdən alındı, kimin üçün
saxlanıldı və.s kimi dəhşətli suallar ortaya çıxacaq. Kim zəmanət verə bilər
ki, bunlar olmayacaq?. Eyni zamanda donorluq edənlərin sağlamlığına, prosesin məxfiliyinə,
genetik qohumluq probleminə kim zəmanət verəcək?”



 


Xatırladaq ki, "Reproduktiv sağlamlıq haqqında”
qanun layihəsi dəfələrlə Milli Məclisin plenar iclaslarının müzakirəsinə
çıxarılsa da, onun qəbulu hər dəfə təxirə salınıb. Qanun layihəsinin narazılıq
yaradan əsas səbəblərdən biri də süni mayalanma üçün donorluq məsələsinin
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən etirazla qarşılanması olub.



 


Qanun layihəsi 27 maddədən ibarətdir. Layihə ictimai
müzakirələrdə dəfələrlə qalmaqala səbəb olub. Xüsusilə sənəddə yer alan
"surroqat ana” məsələsinə cəmiyyətdən sərt təpki gəlib. İndiyədək sənəd
bir neçə dəfə dəyişikliyə məruz qalıb.Bu qanun layihəsinin də parlamentin payız
sessiyasının gündəliyinə daxil edilib və müzakirə edilməsi nəzərdə tutulub.



 


Parlamentdən verilən məlumata görə, qanun layihəsi
artıq iş planına da daxil edilib. Parlamentdə yaradılan işçi qrup artıq
"Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi üzərində işi
yekunlaşdırıb. Sadəcə ardıcıllıq məsələsinə görə, müzakirəyə çıxarılmayıb.
Qanun layihəsi parlamentin payız sessiyasının ilk iclasının gündəliyinə
daxil ediləcək.