24 yaşlı Lenni 60 yaşlı sevgilisi Fili ilə münasibətlərinin qeyri-adi tərəflərindən danışıb.
Medicina.az xəbər verir ki, Fil və Lenni birlikdə işlədikləri tətil evində tanış olublar.
Lenninin sözlərinə görə, Fil dərhal onun zəhmətkeşliyini görüb və onunla flört etməyə başlayıb. Uzun müddətli flörtdən sonra Fil qızla qucaqlaşmaq və öpmək barədə birbaşa danışanda qız onun hisslərinə qarşılıq verib.
Cütlük 3 ildir birlikdədir. Üç ay əvvəl Lenni qız uşağı dünyaya gətirib. Fil sevgilisinin hamiləliyi xəbərindən çox məmnun olduğunu bildirib.
Qadın bir çox insanın onun Fil ilə münasibətlərini tənqid etməsindən şikayətlənib. Bəziləri Filin babasına oxşadığını yazır, digərləri isə qızının böyüdüyünü görməyəcəyini deyir.
"Beş il 20 pis ildən daha yaxşıdır"- deyə Lenni seçimini izah etdi.
O, yaş fərqinə baxmayaraq, onu səmimi qəlbdən sevdiyini bildirib. Onun yanında özünü təhlükəsiz hiss edir.
Aygün Musayeva