Meri Mone Xaleçi evdə əri Denstonla birlikdə olarkən, birdən gənc qadın uşaqla evə girib.
Denston onu 16 aylıq uşağı olan ikinci arvadı kimi təqdim edib. Birinci arvad əvvəlcə xəbəri soyuqqanlı qarşılasa da, mətbəxə çay hazırlamaq üçün keçəndə qəzəbinə hakim ola bilməyib.
Medicina.az xəbər verir ki, Meri qaynar su ilə geri dönərək, hər üçünün - ərinin, qonağın və uşağın üzərinə atıb.
Keniyanın Kakameqa qraflığında baş verən hadisə xeyli mübahisəyə səbəb olub. Hər kəsin xəstəxanaya düşən qadın və uşağa yazığı gəlir. Aradan çıxan Merini indi polis axtarır.
Aygün Musayeva