Şiddətli diz ağrısı səbəbindən xəstəxanaya gedən 65 yaşlı Cənubi Koreyalı qadının rentgen görüntüləri həkimləri heyrətləndirdi.
Medicina.az xəbər verir ki, Cənubi Koreyada yaşayan 65 yaşlı bir qadın uzun müddətdir davam edən şiddətli diz ağrısı səbəbindən xəstəxanaya getdi.
Lakin rentgen görüntüləri həkimlərin gözləmədiyi qeyri-adi bir mənzərəni ortaya çıxardı.
Qadının hər iki dizinin ətrafında yüzlərlə nazik qızıl sap görüldü.
Bu təəccüblü görüntülərin səbəbi sonradan məlum oldu.
"Live Science" xəbərlərinə görə, qadının keçmişdə diz ağrısını yüngülləşdirmək üçün "qızıl sap akupunkturu" kimi tanınan alternativ müalicə üsulundan keçdiyi məlum oldu.
Bu üsulda dəri və yumşaq toxumaların altına çox nazik qızıl saplar yerləşdirilir.
Həkimlər qadının dizlərində inkişaf etmiş osteoartrit aşkar etdilər. Rentgen şüalarında görünən qızıl sapların illər əvvəl aparılan prosedurlardan qalan daimi strukturlar olduğu deyilirdi.
Qeyd edək ki, qızıl sap tətbiqi illərdir bəzi Asiya ölkələrində alternativ müalicə üsulu kimi istifadə olunur.
Aygün
Medicina.az