Əvvəl öldürüb, sonra diriltdi - "müvəqqəti ölüm" ilk dəfə yoxlanıldı

  • 2019.11.25 11:49
  • 8231 Baxış
Əvvəl öldürüb, sonra diriltdi -  "müvəqqəti ölüm" ilk dəfə yoxlanıldı
ABŞ-da ilk dəfə alimlər ağır yaralanan xəstələrin cərrahi müdaxilələrinə daha çox vaxt ayırmaq məqsədilə onu "müvəqqəti ölüm " vəziyyətinə salıblar. 


Medicina.az xəbər verir ki, Merilend Universitetinin mütəxəssisləri tərəfindən ağır yaralanmalarda istifadə edilən texnika ilə xəstə 2 saata qədər bu halda saxlanılıb. EPR adlı yeni texnika sayəsində xəstə bu zaman ərzində oksigen və ürək döyüntüsü olmadan yaşaya bilir.


Daha çox silah və ya bıçaq zədəsi kimi vəziyyətlərdə istifadə üçün hazırlanan metodda qan fərqli bir maye ilə əvəz olunur, beyin və hüceyrə fəaliyyəti dayandırılır. Bədən istiliyi 10-15 dərəcəyə qədər azalır. Bu şəkildə bədəni ağır bir komaya girən, müalicə tamamlandıqdan sonra yenidən həyata qaytarılır.


Merilend Universitetindən Samuel Tisherman bu haqda New York Elmlər Akademiyasındakı bir simpoziumda izah edib. Həkim,bu üsuldan Ən azı bir xəstənin üzərində istifadə etdiyini söyləyib.


Metodun ağır yaralanmalarda həkimə əməliyyat üçün vaxt qazandıracağı ifadə edilir.