Eynək taxmaq üçün 5 səbəb - Faydaları

  • 2023.03.02 15:05
  • 2349 Baxış
Eynək taxmaq  üçün 5 səbəb  - Faydaları

Elə insanlar var ki,eynək gəzdirməyi sevirlər, elələri də var ümumiyyətlə taxa bilmir. Bu da psixoloji amillərdən asılıdır. Günəş və ya digər eynəkləri gəzdirmək əslində mütləq vacibdir.


“Medicina” eynək taxmağın gözlərə təsirini təqdim edir.

1. Gözlərin mexaniki qorunması – yolda, küçədə gedərkən hər hansı bir toz hissəciklərinin və ya qırıntının gözə düşməsindən qoruyur.

2. Vaxtsız qocalmanın qarşısını alır. Müasir linzalar çox vaxt ultrabənövşəyi şüaların qarşısını alır. Həm də vaxtından əvvəl gözətrafı qırışlanmadan qoruyur.

3. Həyat kefiyyətini artırır. Gözlər yorulduqda, görmə qabiliyyəti aşağı düşür. Gözlər yükləndikdə beyin daha çox oksigen tələb edir. Stress hormonlarının ifrazı artır və bədənə kortizol toplanır ki, bu da bədəndə yorğunluq və ritm pozğunluqları meydana gəlir. Zəif işləməyə,yaddaş pozğunluğuna,tez yorulmaya və daha çox qıcıqlanmaya məruz qalır. Eynək isə bizə bu mənfiləri aradan qaldırmağa və həyat ritmini yüksəltməyə kömək edir.

4. Yeni obraz – vitrinlərdə və optika yerlərində müxtəlif obrazlılıq göz qamaşdırır. Yəni siz eynək gəzdirməklə həm sağlamlığınızı qoruyub , həm də obrazınızda dəyişikliklər edəcəksiniz.

5. İşgüzar danışıqlarda uğur qazanmaq olar. Sirr deyil ki, tərəflərin mübadilə etdikləri jestlər və fikirlər, xüsusən də onlardan biri digərini nəyəsə inandırmaq vacibdir. Həmsöhbətin burun körpüsünə yönəlmiş diqqətli bir baxış onu tədricən niyyətinizin ciddiliyinə inandıra bilər. Söhbət zamanı qarşı tərəfin sağ gözünə baxsanız, çətin və xoşagəlməz suallara cavab vermək daha asan olar.

Günay Q.