Əyri öd kisəsi - Hansı problemlərə səbəb olur?

  • 2022.09.06 17:21
  • 3854 Baxış
Əyri öd kisəsi  - Hansı problemlərə səbəb olur?

Bir çox insanlara USM müayinəsində öd kisəsi əyridir, əyilib diaqnozu qoyulur. KLinik olaraq bu ciddi patologiyanı göstərmir. Bəzən buna anadangəlmə və ya anatomik quruluş deyirlər.


"Medicina" xəbər verir ki, bəzən həkimlər öd kisəsi əyiləndə daxilində daha çox daş gələ bilər deyə xəstəni təşvişə salır.

Əyri öddən başqa USM-də burulmuş öd, çəpəki öd də deyilir. Çox zaman belə xəstələrə öd qovucu müalicə yazırlar ki, guya əyri öd dibində çöküntü yaranır.


Həkim İlnura Makayeva əyri öd kisəsi məsələsinə aydınlıq gətirib.


"Öd kisəsi öd üçün rezervuar kisədir, burdan öd 12 barmaq bağırsağa verilir. Kisənin nazik əzələ qatı var və o hərəkətlidir. Ona görə müəyyən səbəblərdən öd əyilə, bir az yerdəyişə, formasını itirə bilər, əsas bu yox, onun funksiyasının necə olmasıdr.


Əyilmə,burulma, dönmə - xəstəlik deyil. Belə halda daş yaranması da mümkün deyil. Hətta tam normal öd kisəsində də daş əmələ gələ bilər.

Buna səbəb digər faktorlardır: qidalanma, genetik, motor funksiyasının pozulması, maddələr mübadiləsi, öd yolları və qaraciyər problemləri.

Öd qovulması pozulduqda daşlar yarana bilər.


Ona görə hər USM rəyinə görə, daşdan qorxmaq və müalicə almağa dəyməz".

Aygün Musayeva