Əzələ bərpasını sürətləndirən proteinlə zəngin qida

  • 2026.08.12 22:20
  • 164 Baxış
Əzələ bərpasını sürətləndirən proteinlə zəngin qida

İdmandan sonra uzun müddət davam edən əzələ ağrılarının azalması və əzələ kütləsinin artması üçün düzgün qidalanma mühüm rol oynayır. Mütəxəssislər bildirirlər ki, proteinlə zəngin qidalar əzələ liflərinin bərpasına və güclənməsinə kömək edir.

Medicina.az xəbər verir ki, dietoloqların tövsiyələrinə görə, əzələ inkişafı üçün zülalı gün ərzində düzgün bölüşdürmək vacibdir. Əsas protein mənbələri arasında yağsız ət, balıq, yumurta, süd məhsulları, paxlalılar və bitki mənşəli qidalar yer alır.

Mütəxəssislər vurğulayırlar ki, yalnız protein qəbul etmək kifayət deyil. Əzələlərin bərpası üçün karbohidratlar və sağlam yağlar da qidalanmada olmalıdır. İdman edən şəxslər bədən çəkisinə və məşq səviyyəsinə uyğun protein miqdarını seçməlidirlər.

Balanslı qidalanma və düzgün məşq rejimi əzələ artımını dəstəkləyir və bədənin daha tez bərpa olunmasına kömək edir.

Xanım,
Medicina.az