Falqada yemək bişirmək təhlükəlidir - Xərçəng və sonsuzluq yaradır

  • 2022.09.19 14:48
  • 562 Baxış
Falqada yemək bişirmək təhlükəlidir  - Xərçəng və sonsuzluq yaradır


Həkim toksikoloq Mixail Kutuşov falqada sobada yemək bişirməyin orqanizmə zərərlərindən danışıb.

"Medicina" xəbər verir ki, profesdor falqada hormonabənzər, ksenoestrogenlərin olduğunu bildirib.


Onlar orqanizmə düşdükdə, qadın hormou estrogen altında maskalanır, daha sonra hormonal disbalans yaradır.

Bu sintetik birləşmə eləcə də qalxanvari vəzin disfunksiyası, sonsuzluq və xərçəngə səbəb olur.

Falqa 99% alüminiumdan ibarətdir, bu maddə orqanizmdə müxtəlif toxuma və orqanlarda yığılıb toplanır.

Onun qalıqlarına ağciyər, beyin, qalxanvari vəzdə rast gəlinə bilər.
Ona görə də falqada yemək bişirib yemək olmaz.

Aygün Musayeva