Faydalı çörək necə olur? – 7 üstünlüyü

  • 2023.09.28 15:16
  • 2741 Baxış
Faydalı çörək necə olur?  –  7 üstünlüyü
İnsan ay ərzində yeməkdən çox çörək və un məmulatı alıb yeyir. Markeltərdə çox sayda növlər var: ağ, qara, mayasız, çovdar, təndir və s.


“Medicina” düzgün və faydalı çörəyin şərtlərini təqdim edir.

1. 100% tam, lifli taxıldan hazırlanmalıdır. Bu çörəkdə B qrup vitaminləri boldur.

2. Hər dilimində ən azı 3 qr zülal olmalıdır. Bu o deməkdir ki, bu çörəkdə tam taxıl çoxdur.

3. Hər dilimində 2 qr lif olmalıdır. Qida lifləri həzmi yaxşılaşdırır, ishalın, bağırsaq qıcıqlanmasının qarşısını alır. Eləcə də bu çörəyi yedikdə, qanda şəkər və xolesterin qalxmır.

4. Tərkibində natriy – duz normal miqdarda olsun. Bir çörəkdə 160 mq-dan az olmalıdır. Çörəyə duz çox vurabda təzyiq xəstəliyinə səbəb olur.

5. Tərkibində qlüten olmayan çörək.

6. Üzərində tərkibi, əlavələri aydın yazılan və tərkibi sadə olan çörək

7. Hər dilimində 5 qramdan artıq şəkər olmayan çörək

Bu şərtlərə uyğun istehsalda çörək tapıb, daim ondan alın. O zaman şəkəriniz, təzyiqiniz normada olacaq, kökəlməyəcəksiz.

Aygün Musayeva