Fevral ayında uşaqların yoluxmasının pik həddi olacaq - Pediatr

  • 2022.01.28 18:01
  • 2725 Baxış
 Fevral ayında uşaqların yoluxmasının pik həddi olacaq  - Pediatr

Hazırda yanvar-fevral ayı bir çox virus infeksiyalarının aktiv olduğu ərəfə olduğu üçün xəstəlikləri pik həddindəyik. Ona görə də uşaqlar arasında xəstəliklərin bu ay azalmasından söbbət gedə bilməz.

Biz üzü marta doğru səngiməyə ümid edirik. Hazırda dövr edən viruslar qrip, İnfulenza, kovid, streptokok, digər respirator virus infeksiyalarıdır. 2 il karantin fasiləsindən sonra İnfulenzanın daha aqressiv olmasının, yoluxuculuq qabiliyyətinin artmasının şahidi olduq.

Medicina.az xəbər verir ki, bunu pediatr həkim Günay Rəsulova apa.tv-nin Sosium verilişində deyib.

“Dekabr ayının əvvəllərindən bağça və məktəblərdə İnfulenzanın çox yayıldığının şahidi olduq. Qripin A ştamıdır. Sadəcə o daha ağır və narahat keçdi.

Bu infeksiyada ikincili baлterial risk çoxdur. Amma müalicə ilə düzəlir. Ağırlaşan uşaqların xəstəxanada müalicəsi aparıldı. Bu virusun öhdəsindən gəlmək olur. Ani olaraq sürətli yayıldığı üçün insanlar onu kovidlə qarışdırıb, çox qorxdular.

Əgər uşağın qızdırması 10 gündən çox çəkərsə, burda mütləq ikincili infeksiyanı yoxlamaq lazımdır. Müayinə, analizlər olunmalıdır. İstər koviddə, istər İnfulenzada subfebril hərarətin 10 gün, hətta 20 gün, öskürəyin isə 2 ay çəkməsi mümkündür”.