Bu ay şans, bəxt və xoşbəxtlik enerjisi xüsusilə üç bürcdə cəmləşəcək. Həyatlarının müxtəlif sahələrində rahat bir nəfəs alacaq bu bürclər bu dəfə kədər deyil, sevinc göz yaşları tökəcəklər.
BUĞA
Fevral Buğa bürcünün üzlərinə təbəssüm gətirəcək. Uzun müddətdir üzərində işlədikləri məsələlərlə bağlı müsbət rəylər alacaqlar. Gözlədikləri layihələr tamamlanacaq və müsahibələr uğurla keçəcək. Evdə bolluq əskik olmayacaq.
ŞİR
Şir bürcləri fevral ayında böyük uğurlar qazanacaqlar. Xüsusilə karyera və sosial dairələr sahəsində, birinci fürsəti əldən verməzdən əvvəl ikinci bir fürsətlə qarşılaşacaqlar. Çoxlu təqdir, alqış alacaq və özlərini dəyərli hiss edəcəklər.
BALIQLAR
Balıqlar üçün fevral ayı əsl mənəvi şəfa dövrü təklif edir. Daxili dinclik, gözlənilməz dəstək və xoşbəxtlik ön plana çıxır. Bir arzunun gerçəkləşmə ehtimalı və ya sevincli xəbərlər alma ehtimalı olduqca yüksəkdir.
Aygün
Medicina.az