Fəxrəddin Manafov xəstəxanaya aparıldı

  • 2020.09.25 11:08
  • 2069 Baxış
Fəxrəddin Manafov xəstəxanaya aparıldı
Xalq artisti Fəxrəddin Manafov ötən gün gecə saatlarında Mərkəzi Klinikaya aparılıb.

O, böyrək sancılarından əziyyət çəkdiyi üçün həkimə müraciət edib.

Məlumatı Mərkəzi Klinikadan təsdiq ediblər. Bildiriblər ki, ilkin müayinə və müalicədən sonra aktyor özünü yaxşı hiss etdiyi üçün evə buraxılıb./Kulis.az