Fəxrəddin Manafovun həyat yoldaşı dəfn edildi - FOTOLAR

  • 2021.03.03 14:34
  • 3333 Baxış
Fəxrəddin Manafovun həyat yoldaşı dəfn edildi -  FOTOLAR
Xəbər verdiyimiz kimi, Xalq artisti Fəxrəddin Manafovun həyat yoldaşı Vahidə Sadıqova dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, mərhum Xırdalan qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, V.Sadıqova uzun müddətdir xərçəngdən əziyyət çəkirdi. Son günlər səhhəti pisləşən V.Sadıqova xəstəxanaya yerləşdirilmişdi. O, bu gün gecə saatlarında xəstəxanada vəfat edib. Mərhumun 65 yaşı var idi.

V.Sadıqova Azərbaycan dövlət televiziyasında diktor işləyib.