"Flamenqo" komandasının altı futbolçusu koronavirusa yoluxdu

  • 2020.09.21 09:38
  • 2725 Baxış
"Flamenqo" komandasının altı futbolçusu  koronavirusa yoluxdu


Braziliyanın "Flamenqo" komandasının altı futbolçusunda koronavirus aşkarlanıb.

Medicina.az xəbər verir ki, infeksiyaya yoluxan oyunçuların adları açıqlanmayıb. Həmin şəxslərin təcrid edildiyi və hamısının xəstəliyinin simptomsuz olduğu bildirilib.

"Flamenqo" hazırda Libertadores Kubokunda Quayakilin "Barselona" komandası ilə keçirəcəyi oyun üçün Ekvadordadır.