Fransa hökuməti döyüş bölgəsindən çoxlu sayda xəstənin mümkün qəbulu üçün həkim və tibb işçilərinin hazırlanması ilə bağlı regional səhiyyə qurumlarına taprışıqlar verib.
"Medicina" xəbər verir ki, Fransanın Müdafiə və Milli Təhlükəsizlik üzrə Baş Katibliyinin tələbi ilə 2026-cı ilin mart ayına qədər başa çatdırılmalıdır. Mülki xəstəxanalar 10 gündən 180 günədək 100 mindən 500 minədək insanı qəbul etməyə hazır olmalıdır.
Döyüş bölgələrindən xəstələri qəbul etmək və onları öz ölkələrinə qaytarmaq üçün əsas nəqliyyat qovşaqlarının yaxınlığında tibb mərkəzlərinin yaradılması da planlaşdırılır.
Fransa genişmiqyaslı münaqişə baş verəcəyi təqdirdə müttəfiq ölkələr üçün arxa cəbhə kimi məsuliyyətini öz üzərinə götürməyə hazırlıq prosesinə başlayıb.
Fransanın NATO çərçivəsində alyansın bir və ya bir neçə üzvünə silahlı hücum olacağı təqdirdə güc tətbiqi də daxil olmaqla bütün tədbirləri görmək öhdəliyi var.
Aygün M