Fransa istehsalı adı ilə satıldı - Uşaq dərmanları ilə bağlı ŞOK İDDİASAXTA DƏRMAN

  • 2017.12.13 11:09
  • 31103 Baxış
Fransa istehsalı adı ilə satıldı - Uşaq dərmanları ilə bağlı ŞOK İDDİA SAXTA DƏRMAN
Kamal Heydərov adlı sosial şəbəkə istifadəçisi Bakıda uşaqlar üçün satılan dərmanla bağlı şok iddia irəli sürüb.


Medicina.az xəbər verir ki, o, sosial şəbəkədə apteklərdə satılan və Fransa istehsalı olduğu bildirilən "Aquadok” dərmanının saxta olduğunu yazıb: "Aptekdən uşaqlara burun üçün sprey "Aqualor" alıram. Satıcı deyir "Aqualor" yoxdur, gəl "Aquadok" verim. Deyir Fransanındır bu, yaxşıdır. Üstünə baxıram "Made in France”. Üstündə sayt da var: www.aquadok.com. Evdə baxıram dərmandan gözüm su içmir. Sayta girirəm sayt açılmır, sayt expired. GoDaddy hostinqdə search edirəm saytı, registrasiya edənin adı İlqar İskəndərli. Bu da sənə "made in France". Çinin hansısa kəndində dərman düzəltdirib "Aqualor"a oxşadıb, dizaynını, adını, satıcıya həkimə pul verib 10 AZN-ə satdırırlar, içində isə adi duzlu su”.

Fransa istehsalı adı ilə satıldı - Uşaq dərmanları ilə bağlı ŞOK İDDİA SAXTA DƏRMAN