Fransada gündəlik 33 417 yeni yoluxma faktı qeydə alınıb

  • 2020.10.28 10:06
  • 1051 Baxış
Fransada gündəlik 33 417 yeni yoluxma faktı qeydə alınıb

Fransada COVID-19-a gündəlik 33 417 yeni yoluxma faktı qeydə alınıb. Həmçinin sutka ərzində 292 ölüm faktı müşahidə edilib.

Bu barədə Fransa Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilib ki, epidemiya başlayandan ölkədə ümumi yoluxanların sayı 1 198 695-ə çatıb.

Ümumilikdə xəstəxanalarda 18 955 koronavirus xəstəsi var ki, onlardan 2988-i son 24 saat ərzində xəstəxanaya yerləşdirilib. Reanimasiya şöbələrində 2909 ağır xəstədən 431-i son sutkada daxil olub.

Ölkədə yenidən karantin rejimi tətbiq olunmasına dair fikirlər səsləndirilir.