Fransada koronavirus sürətlə artır - 7 mindən çox insan...

  • 2020.09.07 00:05
  • 1926 Baxış
Fransada koronavirus sürətlə artır -  7 mindən çox insan...
Ötən gün Fransada 7 071 nəfərdə COVID-19 aşkarlanıb.

Medicina.az verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, son 24 saatda ölkədə koronavirusdan səhhəti ağırlaşmış 3 nəfər ölüb. Qeyd edilir ki, son 7 gündə Qərbi Avropanın bu ölkəsində virusa yoluxmuş 1 704 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 288-i reanimasiya şöbələrində müalicə edilirlər.

Epidemiyanın başlanğıcından Fransada koronavirusa ümumilikdə 324 777 yoluxma qeydə alınıb.