Fransada pandemiya qurbanlarının sayı 50 minə çatır

  • 2020.11.21 12:42
  • 1411 Baxış
Fransada pandemiya qurbanlarının sayı 50 minə çatır

Fransada ötən gün 22 882 yeni koronavirus faktı aşkarlanıb.

Medicina.az xəbər verir ki, ölkədə bu günədək 2 109 170 nəfərə COVID-19 diaqnozu qoyulub.

Fransa Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölənlərin sayı isə 386 nəfər artaraq 48 265-ə yüksəlib.

Qeyd edək ki, ölkə üzrə 2 275-i reanimasiyada olmaqla 14 939 insan xəstəxanalarda müalicə alır.