Fransada və ABŞ-da 2 azərbaycanlı COVID-19-dan vəfat edib

  • 2020.09.02 17:49
  • 2444 Baxış
Fransada və ABŞ-da 2 azərbaycanlı COVID-19-dan vəfat edib
Fransanın Ren şəhəri və ABŞ-ın Nyu Cersi ştatının Trenton şəhərində yaşayan iki azərbaycanlı koronavirus (COVID-19) diaqnozundan vəfat edib.

Medicina.az xəbər verir ki, Ren şəhərində yaşayan, Fransa vətəndaşı, 56 yaşlı Kazım Rza Səməd oğlu ötən gün dünyasını dəyişib. O bir həftə idi ki, Parisə etdiyi iki günlük səfərdən sonra koronavirus diaqnozu ilə klinikaya yerləşdirilibmiş.

Trentonda yaşayan, Qazaxıstan vətəndaşı, 50 yaşlı Əliyeva Kamilla Hüseyn qızı isə iki gün əvvəl vəziyyəti ağırlaşaraq həkimə müraciət edib və ona COVID-19 diaqnozu qoyulub. Ötən gün isə dünyasını dəyişib.