"Fürsət yaratmaq lazımdır ki, insanlar istədiyi zaman testdən keçə bilsin" - İnfeksionist həkim

  • 2020.05.16 16:37
  • 1760 Baxış
"Fürsət yaratmaq lazımdır ki, insanlar istədiyi zaman testdən keçə bilsin"  - İnfeksionist həkim

Dünyada koronavirus xəstələrinin sayı artmaqda davam edir. Həkimlərin və elm adamlarının səylərinə baxmayaraq, hələ də COVID-19 üçün nə dərman, nə də peyvənd yoxdur.

Həkimlərin ağır xəstələri xilas etmək üçün gəldikləri yeganə qənaət koronavirusdan sağalmış insanlardan qan plazmasının köçürülməsidir. Üstəlik, bu cür müalicənin effektivliyi hələ sübut edilməyib, çünki virus tamamilə yenidir və terapiyanın klinik sınaqları yeni başlayıb.

Medicina.az xəbər verir ki, media.Az bu mövzuda pediatr-infeksionist Həmid Hacıağayevlə danışıb.O, bəzi məqamlara aydınlıq gətirərək, antitel testinə hələ ki, ehtiyac olmadığını bildirib.


" Azərbaycanda bənzər zərurət yoxdur. Başa düşürsünüz, əgər bütün xəstələri plazma köçürülməsi ilə müalicəyə başlamısınızsa, onda heç peyvənd hazırlamağa da dəyməz. Və həqiqətən, oxşar tədqiqatlar hər hansı digər virus xəstəliklərinin, məsələn, adi qripin müalicəsinə yönəldilə bilər.

Plazma köçürməsinin effektivliyi sübuta yetirilməyincə, kütləvi sınaqlara pul xərcləməyin mənası yoxdur. İstənilən halda hər birimiz bu virusla xəstələnəcəyik, bəs niyə indi müalicə olunmuş vətəndaşlardan xəstələrə plazma köçürülməsi ilə məşğul olaq?!

- Həm də belə bir qan köçürülməsi ağır vəziyyətdə olan insana çətin ki, kömək etsin. Bu, yalnız vəziyyəti orta-ağır dərəcəyə yaxın olan xəstələrə müəyyən təsir göstərə bilər. Əhalini peyvənd edirlər ki, xəstəliyə yoluxan insan onu çox yüngül formada keçirsin. Artıq ağır xəstə olduğunuz zaman antitel yeritmək çox vaxt mənasızdır.

Asimptomatik olaraq koronavirusla xəstələnən insanlar var və özləri də bunu bilmirlər. Yalnız müvafiq test verdikdən sonra antitellərin olub-olmadığını öyrənə bilərlər. Fürsət yaratmaq lazımdır ki, hər hansı şəxs istədiyi zaman analiz verə bilsin".