Gecə 4 saatdan az yatanları nə gözləyir?

  • 2024.03.16 17:49
  • 703 Baxış
Gecə 4 saatdan az yatanları nə gözləyir?

İnsan sağlamlığı üçün normada minimum 6, maksimum 9 saat yatmalıdır.


"Medicina" xəbər verir ki, somnoloq Yelena Çareva ən fövqəladə hallarda belə sutkada 4 saat yuxunun vacibliyini bildirib.



"Yuxu saatı yaşa görə dəyişir. Uşaqlar böyüklərdən, böyüklər isə yaşlı insanlardan daha çox yatır.

Yuxunun olmaması, getdikcə azalması və ya 10- saatı keçməsi, yəni daha çox yatmaq ciddi pozuntulardan xəbər verir.


Melatonin yuxu hormonu qaranlıqda istehsal olunmağa başlayır. Qışda saat 18:-00:-dən melatonin qanımızda yüksəlməyə başlayır və gecə yarısı pik həddinə çatır.


Ona görə çox insanlar gecə 2-dən sonra yuxuya gedə bilir. Yuxunuz gəlmirsə, uzanıb yuxunu gözləməyin mənası yoxdur, bu yuxusuzluqdur və bunu müalicə etmək lazımdır.

Aygün Musayeva