Gecə saatlarında ambulansda dünyaya gəldi - FOTOLAR

  • 2024.05.15 13:27
  • 394 Baxış
Gecə saatlarında ambulansda dünyaya gəldi -  FOTOLAR
İsmayıllıda əlverişsiz hava şəraitinə görə doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib.

Medicina.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.


Bildirilib ki, rayonun Zərnəva kənd sakinləri doğuş üçün yaxınlarını gecə saatlarında şəxsi avtomobil vasitəsilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına apararkən yağıntılı - əlverişsiz hava şəraiti səbəbindən yol keçilməz olduğuna görə Təcili tibbi yardım stansiyasına çağırış veriblər.


Çağırışa uyğun olaraq təcili tibbi yardım briqadası rayon mərkəzindən 21 km uzaqlıqda yerləşən əraziyə yollanıb. Hamilə qadın Zərnava körpüsü üzərindən piyada keçirilərək briqadaya təhvil verilib. Bundan sonra doğuş prosesi saat 01:30-da elə yolda, təcili tibbi yardım avtomobilində baş tutub və bir oğlan uşağı dünyaya gəlib.

Tibbi briqadadan verilən məlumata görə, gecə saatlarında əlverişsiz hava şəraiti səbəbindən avtomobillə hər iki tərəfə keçid mümkünsüz olub.

Xəstəxanaya çatdırılan ana və körpənin vəziyyəti qənaətbəxş qiymətləndirilir.