Gecə tərləmələrinin əsas səbəbi

  • 2023.05.04 15:47
  • 1311 Baxış
Gecə tərləmələrinin əsas səbəbi
Tərləmə orqanizm üçün vacib təbii prosesdir. Lakin müəyyən hallarda aşırı tərləmə orqanizmdəki pozğunluqlardan xəbər verir.

Hormonal və psixi pozğunluqlar gecə vaxtı tərləməyə səbəb olur.


“Medicina” xəbər verir ki, həkim – endekronoloq Aleksandr Yuroçkinin sözlərinə görə, əgər insan gecə yatanda alt paltarı, saç dibi islanana qədər tərləyib, bu səbəbdən yuxudan oyanırsa, bu orqanizmdəki pozğunluqlara işarədir.

Endekrinoloq Yurçinko aşağıdakı səbəbləri sadaladı:


Hormonal dəyişikliklər. Hormonlar və maddələr mübadiləsi orqanizmin termorequlyasiyasına təsir edir. Hormonal və metabolik pozğunluqlar istirahət edərkən tər istehsalını stimullaşdırır. Əsasən də gecə tərləmələrinə səbəb - qalxanavari vəzinin həddindən artıq troid hormonu istehsal etməsidir.

Psixi pozğunluqlar. Gecə tərləmələrinə səbəb panik ataklara, qorxulara meylli insanlarda müşahidə olunur.
Dərman qəbulu. Bir çox dərmanların yan təsiri də gecə tərləmələrinə gətirib çıxardır.

İnfeksiyalar. Gecə tərləmələrinə vərəm, brusellyoz, tetanoz, HİV, qrip və ya koronavirus daxil olmaqla bir çox infeksiyalanın yan təsiri hesab edilən qızdırma səbəb ola bilər.


Yuxu apnoesi - yuxuda olan insanın qısa müddətə nəfəs almasını dayandırdığı və qanında karbon dioksid səviyyəsinin yüksəldiyi bir tənəffüs pozuqluğudur. Yuxu zamanı orqanizmə kifayət qədər oksigen çatmaması səbəbindən insan gecə tərləməyə başlayır.

Aygün Musayeva