Gecə tez -tez sidiyə qalxanlar təzyiqini yoxlasın

  • 2022.10.03 16:46
  • 2140 Baxış
Gecə tez -tez sidiyə qalxanlar təzyiqini yoxlasın

İnsan gecə yuxuya gedəndən sonra sidik üçün oyanmamalıdır. Sidik bir də səhər oyananda gedilməlidir.


"Medicina" xəbər verir ki, gecə sidik çağırışları təkcə şəkərə şübhə yaratmır.

Bu hal həm də yaxınlaşan və ya artıq olan hipertoniyanın siqnalı ola bilər.

Sakit qatil adlanan hipertoniyanın bir əlaməti də bu ola bilər.

Yaponiya Qan dövranı cəmiyyətinin elmi yığıncağında alimlər bu siqnala diqqət yetirməyi tövsiyə edib.

"Tez-tez sidik ifrazı tivdə nikturiya adlanır. Nikturiya olmayan insanlar gecə 8 saat yatıb, sidiyə oyanmır.

Sidik kisəsi yuxu boyu sakit qalır.

Əgər bir insan gecə səhərə qədər 2-3 dəfə sidiyə qalxarsa, bu onun yüksək təzyiqinin və ya artıq hipertoniyanın başladığını göstərə bilər.

Kim özündə bunu müşahidə edirsə, iqnor etməsin və kardioloqa getsin.

Aygün Musayeva