Gecə yata bilməyənlər bu vitaminləri yoxlatsın

  • 2023.01.06 15:50
  • 2316 Baxış
Gecə yata bilməyənlər bu vitaminləri yoxlatsın


Bəzi vitaminlərin çatışmaması yuxusuzluq verə bilər.

Bakupost.az xəbər verir ki, terapevt həkim Tatyana Zaxarova kalsium, fosfat və D vitamininin yuxuya təsirini açıqlayıb.


“Bu vitaminlərin defisiti təkcə yorğunluq, əzələ zəifliyi vermir. Eyni zamanda güclü immun sistem və beyin üçün vacibdir.

Əgər siz gecə yuxuya gedə bilmirsiz, səhərlər yorğun və əhvalsızsızsa, qanda kalsium və D vitaminini yoxladın.

Sentyabrdan Günəşli günlər azalır, orqanizm kəskin D əskikliyi hiss edir.

Bu zaman uşaq və böyüklərdə depressiya, əzələ zəifliyi, saçların tökülməsi, yuxusuzluq, pis yuxu başlayır.

Qışda orqanizm daha çox melatonin sintez etməlidir, bunun üçün qışda mövsümu affektiv pozulma sindromu yaranır. Enerji güc azalır. D vitamini əlavələri bu defisiti bərpa edə bilər. Qışda çalışın günorta açıq havada gəzəsiz, eləcə də pəncərədən düşən Günəş işığı altında oturun. Qaranlıqdan qaçın”.