Gecə ayaq qıcolmaları baldır və ya ayaq əzələlərinin qəfil, ağrılı yığılmasıdır. Bu hal bir neçə saniyədən bir neçə dəqiqəyədək davam edə bilər.
Əzələlərin həddindən artıq yorulması
Susuz qalmaq (dehidratasiya)
Uzun müddət ayaq üstə qalmaq və ya eyni vəziyyətdə oturmaq
Hamiləlik
Bəzi dərmanların istifadəsi
Bəzi xəstəliklər (şəkərli diabet, böyrək xəstəlikləri, sinir sistemi pozğunluqları və s.)
Nə etmək olar?
Qıcolma zamanı əzələni yüngülcə dartın və masaj edin.
Gün ərzində kifayət qədər su için.
Yatmazdan əvvəl baldır əzələlərini yüngül şəkildə gərmə hərəkətləri edin.
Rahat ayaqqabı geyinin və fiziki yüklənməni balanslı saxlayın.
Nə vaxt həkimə müraciət etmək lazımdır?
Qıcolmalar tez-tez təkrarlanırsa.
Çox şiddətli ağrı yaradırsa.
Ayaqda şişkinlik, qızartı və ya zəiflik də varsa.
Gündəlik həyatınıza mane olursa.
Tək-tük gecə qıcolmaları adətən ciddi problem olmur. Lakin tez-tez təkrarlanırsa və ya başqa əlamətlərlə müşayiət olunursa, səbəbin müəyyən edilməsi üçün həkim müayinəsi vacibdir.
Aygün
Medicina.az