Gecə corab geyinmək bir çox insan üçün sadəcə rahatlıq seçimi kimi görünsə də, mütəxəssislər bu vərdişin arxasında psixoloji səbəblərin ola biləcəyinə diqqət çəkirlər.
Medicina.az xəbər verir ki, son araşdırmalara görə bu, təkcə bədən istiliyinin saxlanması ilə bağlı deyil.
Psixoloqlar deyirlər ki, corabla yatmağa üstünlük verən insanlar, ümumiyyətlə, daxili təhlükəsizlik axtarışında və öz gündəliklərinə sadiq fərdlər olurlar.
Mütəxəssislər bildirirlər ki, yatmazdan əvvəl corab geyinmək fərdlərə təkcə fiziki rahatlıq deyil, həm də ruhi rahatlıq və nəzarət hissi verir.
Bundan əlavə, ayaqları örtmək də təhlükəsizlik reaksiyası ola bilər. Corablar gecə ərzində yaşana biləcək narahatlığa qarşı qoruma təmin edərək yuxu keyfiyyətini artıra bilər.
Qısacası, gecə corabla yatmaq da şəxsiyyətinizin dərinliklərində olan bəzi psixoloji ehtiyacların səssiz əksi ola bilər.
Aygün
Medicina.az