Alimlərin son araşdırmalarına görə, bəzi qidalar yuxu keyfiyyətini aşağı sala və kabusların tezliyini artıra bilər.
Medicina.az xəbər verir ki, yuxu zamanı tez-tez kabus görənlər üçün təəccüblü məlumatlar ortaya çıxıb. Alimlər müəyyən ediblər ki, bəzi qidalar xüsusilə yuxudan əvvəl yeyildikdə beyinə təsir edir və qorxulu yuxuların sayını artırır. Bunlardan biri şokoladdır.
Şokolad kimi kofein və şəkərlə zəngin qidalar beyin fəaliyyətini stimullaşdırır və yuxuya getməyi çətinləşdirir. Bu qidalar, xüsusilə də günün gec saatlarında yeyildikdə, yuxunun müddəti və keyfiyyətinə təsir edir.
Diyetoloqlar və nevroloqlar yatmazdan əvvəl ağır, şəkərli və kofeinli qidalardan uzaq durmağın vacibliyini vurğulayırlar. Şokolad, enerji içkiləri, şirniyyatlar və bəzi ədviyyatlı qidaların sinir sistemini stimullaşdırdığı, yuxuya getmə müddətini uzatdığı bildirilir.
Badam, banan, yulaf və çobanyastığı çayı kabusları azaltmaq istəyənlərə tövsiyə edilən qidalar arasındadır. Bu qidalar serotonin və melatonini dəstəkləyir, bu da daha rahat yuxu təcrübəsinə səbəb olur.
Aygün
Medicina.az