Gecələr yatmağa imkan verməyən - 4 qida və içki

  • 2023.03.09 17:39
  • 1912 Baxış
Gecələr yatmağa imkan verməyən   -  4 qida və içki

Dietoloq Ponomareva gecələr yuxunu qaçırdan 4 qida və içkidən bəhs edib.

“Medicina” xəbər verir ki, bu qidalar aldığınız yuxunun müddətinə və keyfiyyətinə mənfi təsir göstərə bilər.


Vaxtaşırı yaxşı yuxu almaq üçün mübarizə aparmaq bir sıra amillərlə bağlı olsa da qəbul etdiyimiz qidalar və içkilər önəm daşıyır.


Yuxudan əvvəl kofein və qəhvə qəbul edilərsə, mərkəzi sinir sisteminin vəziyyətini dəyişdirən, enerji verən və oyaqlıq vəziyyətini stimullaşdıran, nəticədə yuxusuzluğa səbəb olan təbii stimullaşdırıcı effekt alacaqsız.

Əgər ilk gün ərzində kofein qəbulu düzgün şəkildə içilməzsə , yuxusuzluq baş verəcək və sonrakı gün ərzində də yuxusuzluq problemi yaşanacaq.

Yağlı yeməklər normalda gec həzmə gedir, narahatlıq hissi yaradır və təbii ki, bu da yuxulamaq prosesinə mane olur. Adətən insan gecələr bir neçə dəfə oyanır, o yan bu yana fırlanır. Bu da bəzən yuxunun bir müddət qaçmasına və yenidən yuxulamaq üçün zaman tələb olunur. Nəticədə gecə alınacaq dərin yuxu prosesi pozulur.


Spirtli içki – doğrudur, spirtli içki zamanı yuxulamaq və ya daha tez yuxuya getmək prosesi baş verir. Amma daha sonra isə yenidən oyanıb və yenidən yatmağa gətirib çıxardır. Sonda bu yarımçıq yuxulamaq prosesi yuxusuzluğa gətirib çıxardır.

Şəkər - eynilə həm şəkərin, həm də karbohidratların artması gecə fasilələrinə səbəb olur. Həm şəkərin, həm də şəkərsiz karbohidratların və lifin artan istehlakı yuxu zamanı daha tez-tez gecə oyanmasına gətirib çıxardır.


Günay Məmmədova